İtkin pilotdan XƏBƏR VAR: “dənizin dibində …”

871
“Axtarışların hələ ki bir nəticəsi yoxdur”.
Bu sözləri Lent.az -a Xəzər dənizində qəzaya uğrayan təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, axtarış zonasında son dəfə dünən olublar:
“Axtarışlar intensiv gedirdi. Mütəxəssislər dənizin dibində fotoçəkiliş aparırdı ki, təyyarənin izinə rast gəlinsin. Hazırda axtarışlarla bağlı yeni xəbər gözləyirik”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər