Kabarda-Balkarın sənaye, rabitə və informasiya naziri: Sumqayıt sənayeçilərin ziyarəti üçün gözəl yerdir

721


Kabarda-Balkar Respublikasının (RF) sənaye, rabitə və informasiya naziri Vladimir Şipov AzərTAc-ın müxbiri ilə söhbətində demişdir: “Çox əla texnoparkdır. Böyük perspektivləri olan gözəl, sanballı istehsalat kompleksidir”. Nazir demişdir: “Qrupumuz, yəni istehsalat səviyyəsi müxtəlif olan həm dövlət, həm də özəl sektor müəssisələrinin direktorları gördüklərindən heyrətə gəlmişlər. Super müasir avadanlıqla komplektləşdirilmiş iri müəssisə binaları, innovasiyalı texnologiyalar, modernləşdirilmiş istehsalat xətləri, nadir laboratoriyalar, metalların sinklənməsi üçün Avropada ən böyük – uzunluğu 16,5 metr olan vanna və bir çox digər avadanlıq adamı heyran edir. Ümumiyyətlə, Sumqayıtın sənaye zonası sənayeçilərin ziyarəti üçün gözəl yerdir”.

Baş nazirin müavini Kazım Uyanayevin başçılıq etdiyi Kabarda-Balkar Respublikasının nümayəndə heyəti ikinci gündür ki, Azərbaycandadır. Vladimir Şipov demişdir: “Nümayəndə heyətimizin səfəri çərçivəsində Azərbaycanın nazirləri və işgüzar adamları ilə saysız-hesabsız görüşlər, sənaye müəssisələri ilə tanışlıq, tərəflər arasında açıq dialoq, şübhəsiz, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və inkişaf etməsinə kömək göstərəcəkdir”.
Nazir Azərbaycan paytaxtı haqqında təəssüratlarını bölüşərək demişdir: “Təxminən bir il bundan əvvəl Bakıda olmuşdum. Belə qısa müddət ərzində paytaxt tanınmaz dərəcədə dəyişmişdir. Bakı bir nağıldır. Sizin tarixə, ənənələrə qayğı ilə yanaşmağınız Azərbaycan xalqının yüksək mədəniyyətindən və onun dərin köklərindən xəbər verir”. Ətrabə Rzayeva (AzərTAc)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər