Kadırovdan inquş liderlərinə: Əgər əsl kişisinizsə… – Video

478

Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiyada baş verən etiraz aksiyalarına münasibət bildirib.

Axar.az xəbər verir ki, Çeçenistan hökumətinin iclasında çıxış edən Kadırov sərhədlərin dəyişdirilməsiylə bağlı razılaşmanın artıq imzalandığını bildirib. O həmçinin İnquşetiyadakı etirazçıların liderlərini təhdid etməkdən də çəkinməyib:

“Əgər siz əsl kişisinizsə, əgər siz xalqsınızsa, əgər bu ərazilər sizindirsə (müqavilə nəticəsində Çeçenistana verilən torpaqlar) burada mitinq edin. Əgər siz buradan sağ getsəniz, mən o zaman sizin adlandırdığınız adamam”.

İddialara görə, Kadırov bu mesajı İnquşetiyadakı etirazların üç lideri publisist İdris Abadiyevə, keçmiş Daxili İşlər naziri Əhməd Poqorova və Baş nazirin keçmiş müavini Daud Yandiyevə yollayıb. Belə ki, İnquşetiyadakı mitinq zamanı mən bu şəxslər Kadırovun ünvanın sərt ifadələr səsləndirmişdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər