Karate millimiz dünya çempionatına güclü heyətlə gedəcək – VİDEO

1393

Karate millimiz sabah İspaniyanın paytaxtı Madriddə keçiriləcək XXIV dünya çempionatına yola düşəcək.

Oxu.Az xəbər verir ki, iki ildən bir keçirilən dünya çempionatında iyirmi idmançımız iştirak edəcək. On fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilərimiz kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaq.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib.

Komanda kumite yarışlarında onlara Pənah AbdullayevTurqut HəsənovMurad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyevİsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.

Qeyd edək ki, 6-11 noyabr tarixlərində keçiriləcək dünya çempionatında rekord sayda – 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar. İctimai Televiziya dünya çempionatının final və bürünc medal görüşlərini, eləcə də mükafatlandırma mərasimlərini canlı yayımlayacaq. Komandamız 13 noyabrda Bakıya dönəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər