Keçiörən Bələdiyyəsinin nümayəndələri Sumqayıt Bələdiyyəsində – FOTOLAR

1392

Türkiyənin Keçiörən Bələdiyyəsinin nümayəndələri Sumqayıtda olublar.
Sumqayıt Bələdiyyəsində keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın hazırkı səviyyəsi, perspektivləri nəzərdən keçirilib.
Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Sumqayıtda son illərdə aparılan yenidənqurma, abadlıq işləri barədə məlumat verib, həyata keçirilən infrastruktur layihələri nəticəsində şəhərin son 3 il ərzində tamamilə dəyişdiyini, müasirləşdiyini diqqətə çatdırıb. S.Əsədov şəhərimizdə 8 ay ərzində qurulan bulvarın prezident İlham Əliyev tərəfindən “möcüzə” adlandırıldığını, daha sonra bu layihənin Madrid və Parisdə ali beynəlxalq mükafata layiq görüldüyünü diqqətə çatdırıb.
Keçiörən Bələdiyyəsinin nümayəndələri Mustafa Araç və Fatih Canpolat Keçiörən Bələdiyyəsinin fəaliyyəti barədə məlumat verib, Sumqayıt şəhəri ilə əlaqələrdən məmnunluqlarını ifadə ediblər.
Səfər çərçivəsində qonaqlar şəhərimizdə son illərdə görülmüş işlər, yeni tikilmiş inzibati binalar və bulvarla tanış olublar.
Qeyd edək ki, 2011-ci ildən Sumqayıt Bələdiyyəsi və Keçiörən Bələdiyyəsi ilə qardaşlaşmış bələdiyyələr olaraq əməkdaşlıq edirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər