“Kedicik”lərin polisə ŞOK ETİRAFLARI: “Cinsi təcavüz olayları Amerikanın…”

1223

Mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən və 20-dən çox cinayətdə ittiham edilən din xadimi Adnan Oktarın “kediciklər” adlandırdığı qadınlar polisə ifadələrində şok fikirlər işlədib.

Publika.az xəbər verir ki, təşkilatın qadın üzvləri varlı ailələrdən gəldiklərini, universitet məzunu olduqlarını və lüks həyat yaşadıqlarını bildiriblər.

Həmçinin, işsiz olduqlarını və aylıq gəlirlərinin olmadığını qeyd ediblər. “Kediciklər” polisə ifadələrində Adnan Oktarı tərifləyib və təşkilatı müdafiə ediblər.

Şübhəli Zeynəb B. adlı təşkilat üzvü cinayət təşkilatı içində olmadığını deyib: “Mən dindar insanam, ailəmə bağlı biriyəm. Adnan Oktar da gözəl əxlaqlı insandır. Təşkilat daxilində deyiləm. Cinsi təcavüz olayları isə tamamilə fantastikadır. Bu olay yalnız Amerika filmlərində ola bilər. Mən uşaqlıqdan bəri dürüst və vicdanlı insan olmuşam. Çox fərqli sektorlarda idarəçilik etmişəm”.

“Kediciklər” bildirib ki, onlar vətənlərini və millətini sevir, vətənləri üçün faydalı şeylər ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər