“Kediciyi” Adnan Oktarın başına bəla olur

603

Adnan Oktarın yanından qaçan və açıqlamaları ilə gündəm yaradan Ceylan Özgül bu dəfə Oktarı ilə onun ətrafındakıları məhkəməyə verib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, İstanbul Anadolu 14-cü Ailə Məhkəməsi Adnan Oktar və Didem Ürerin də aralarında olduğu bir neçə nəfər haqqında uzaqlaşdırma qərarı verib.

Xatırladaq ki, bir müddət əvvəl Adnan Oktarın “kedicik”lərindən biri olan Ceylan Özgül onun yanından qaçmışdı. Adnan Oktar tərəfdarlarının Özgül haqqında sərt açıqlamalar verməsi, onu günahlandırması Özgülün məhkəməyə müraciət etməsi ilə nəticələnib. Özgül məhkəmədə Adnan Oktardan və qrupundan şikayət edib.

Məhkəmənin verdiyi qərara görə, Adnan Oktar, Əminə Minə Kalça, Gülgün Göktan, Kartal İş, Sinem Hacer Tezyapar haqqında 4 ay müddətinə Özgülə yaxınlaşmama və təhqir etməmə qərarı verilib.

Bu qərara görə, adı çəkilən şəxslər Ceylan Özgülün evinə, məktəbinə, iş yerinə yaxınlaşmayacaq, ona qarşı alçaldıcı söz və hərəkətlər etməyəcəklər. Qərarı pozan şəxslər ilk dəfə 3-10 gün müddətinə, ikinci dəfə 15-30 gün müddətinə, təkrar yol verdikləri təqdirdə isə 6 aya qədər azadlıqdan məhrum edilə bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər