Kəmaləddin Heydərov Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxanada oldu

1714
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Sumqayıtda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirib.

APA-nın xəbərinə görə, nazir sakinlərin müraciətlərini dinləyib, müraciətlərə aidiyyəti üzrə baxılması üçün tapşırıqlar verib.

Qəbuldan çıxan sakinlər bildiriblər ki, K. Heydərov onları dinləyib, problemlərinin araşdırılacağını və həllinə yardım ediləcəyini deyib.

Sumqayıt şəhərində 15-ci məhəllədə yerləşən 7 saylı yataqxana sakinləri də nazirin qəbulunda olub və yaşadıqları yataqxananın qəzalı vəziyyətdə olması ilə bağlı məlumat veriblər. Kəmaləddin Heydərov söz verib ki, görüşdən sonra binaya baş çəkəcək və vəziyyətlə yerindəcə tanış olacaq.

“sumqayitxeber.com”-un verdiyi məlumata görə Kəmaləddin Heydərov saat 3 radələrində yataqxanaya gəlib və qəzalı vəziyyətdə olan bina ilə yerindəcə tanış olub.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Odunchu
    Aprel 19, 2013 - 20:59

    inshallah bir komeyliy olar o binanin qabaginnan kechende sumqayitin halinin ne veziyyetde oldugunu ele gorurem

  • Məhəmməd
    Aprel 22, 2013 - 14:05

    Çox sağ olsun. Bütün məmurlar belə işləsə olkəmizin vəziyyəti çox gözəl olar.

Odunchu üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər