Kim bacısını Olimpiadaya yolladı - VİDEO - FOTO

1552

Cənubi Koreyanın Phençhön şəhərində 23-cü Qış Olimpiya Oyunları başlanıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, “Ağ Olimpiada”nın təntənəli açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları qatılmışdılar.

Olimpiadada Şimali və Cənubi Koreyalar vahid komanda ilə çıxış edirlər.

Mərasimdə Cənubi Koreya prezidenti Mun Çje İinin yanında ABŞ-ın vitse-prezidenti Mayk Pens əyləşmişdi.

Onların arxasında isə Şimali Koreyanın lideri Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon əyləşmişdi.

Mərasimdən əvvəl Cənubi Koreyanın dövlət başçısı Şimali Koreya liderinin bacısı ilə görüşüb.

Koreya yarımadasında savaş başa çatandan sonra Şimali Koreya ilk dəfədir ki, Cənubi Koreyaya belə yüksək rütbəli şəxsin başçılıq etdiyi nümayəndə heyətini yollayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər