Kimyaçılar Milli Ordunun əsgərləri ilə görüşüblər

640

«Azərikimya» İstehsalat Birliyi kollektivinin böyük bir qrupu 26 iyun – Silahlı qüvvələr günü ilə bağlı keçirilən tədbirlər silsiləsi çərçivəsində kimyaçıların son illər daim əlaqə saxlayaraq, əlamətdar günlərdə bayram konsertləri və hədiyyələrlə qonaq olduqları «N» saylı hərbi hissəyə yola düşərək, bu əlamətdar günü Vətənimizin müdafiəçiləri olan əsgər və zabitlərlə birgə qeyd etmişlər.

26 iyun – Silahlı qüvvələr günü ilə bağlı hərbi hissədə təşkil olunmuş bayram tədbirində ilk olaraq alay komandiri çıxış edərək, əsgər və zabitləri bu əlamətdar gün münasibətilə təbrik etmiş, Müdafiə nazirinin əmrinə əsasən yüksək döyüş hazırlığı nümayiş etdirmiş gənc zabit və çavuşlara təntənəli surətdə növbəti rütbələrin paqonlarını təqdim etmişdir.

Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə hərbi hissənin şəxsi heyətini kimyaçılar adından salamlayan «Azərikimya» İstehsalat Birliyinin İcraçı direktoru­nun müavini Xalıq Mustafayev dövlətimizin müstəqilliyinin qarantı olan Azərbay­can Milli Ordusunun yaradılmasında Ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet­lər dövründən başlayaraq məqsədyönlü şəkildə və ardıcıl olaraq gördüyü tədbirlərdən, ordumuzun gücləndirilməsi üçün misilsiz xidmətlərindən və bu sahədə mühüm missiyanı ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğı ilə, böyük səylə davam etdirdiyindən söz açmışdır.

Təbrik və çıxışlardan sonra hərbi hissənin nizamlı cərgələrlə hərbi parada düzül­müş bölük və taborları marş sədaları altında tribuna önündən keçərək, özlə­rinin yüksək döyüş əzmini, qələbə ruhunu nümayiş etdirmişlər.

Təntənəli bayram tədbiri ARDNŞ-in Sosial-inkişaf İdarəsinin «Kimyaçı» Mədə­niyyət sarayı kollektivinin geniş və rəngarəng konsert proqramı ilə başa çatmış­dır.

Ordu ilə xalqın birliyini, həmrəyliyini əks etdirən tədbirin sonunda «Azərikim­ya» kollektivi adından hərbi hissənin əsgər və zabitlərinə onların asudə vaxtla­rında, alaydaxili idman yarışlarında istifadələri üçün müxtəlif idman ləvazimatları hədiyyə edilmişdir.

Hərbi hissə komandanlığı belə bir əlamətdar gündə kimyaçıların onlarla birgə olduqlarına, əsgər və zabitlərin mədəni istirahəti üçün göstərdikləri diqqət və qay­ğı­ya görə ARDNŞ rəhbərliyinə və «Azərikimya» kollektivinə səmimi təşəkkü­rünü, dərin minnətdarlığını bildirmişdir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər