Kimyaçılar yeni yaradılmış Heydər Əliyev Mərkəzində olub

586

15 iyun – Milli Qurtuluş gününün 20 illiyi münasibətilə ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin kollektivi Azər­baycan dövlətçiliyinin xilaskarı, Ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış möhtəşəm abidəsini ziyarət etmişlər.

Sonra kimyaçılar Ümummilli liderin adını daşıyan şəhər parkında yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzində olmuş, dahi rəhbərin şərəfli həyatının və zəngin isctimait-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto-şəkillərlə və nadir sənədlərlə tanış olmuşlar.

Xalqımızın ən çətin və ağır günlərində onun xilaskarı olmuş Ulu öndərin  həyat və fəaliyyətini maraqlı kadrlarla əks etdirən qısametrajlı sənədli film də Birlik əməkçilərində, xüsusilə də gənc kimyaçılarda böyük təəssürat doğurmuşdur.

Sonda Heydər Əliyev Mərkəzi önündə xatirə şəkilləri çəkdirilmişdir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər