Kimyaçıların “Mərhəmətli olmağa tələsin!” aksiyası Kimyaçılar qəsəbəsində davam etdirilib

1068

Sumqayıtda ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə “Mərhəmətli olmağa tələsin!” devizi altında keçirilən xeyriyyə aksiyası davam etməkdədir. Kimya­çıların humanist təşəbbüsünə qoşulmuş müəssisə və idarələrin, şəhər ictimaiyyətinin nü­ma­yəndələri bu dəfə öz xeyirxahlıq missiyalarının ünvanı olaraq şəhərin Kimyaçılar qəsə­bəsində yerləşən “Kimyaçılar-3” İcmasını seçmişlər. Aksiyanın növbəti mərhələsi ərzində toplanmış pal-paltar, isti qış geyimləri İcmanın akt zalında müxtəlif yaş qrupları üzrə 100-dən artıq ehtiyacı olan qəsəbə sakinlərinə paylanmışdır.

“Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova iki aydan bəri davam edən və bir neşə mərhələni əhatə edən xeyriyyə aksiyasının mütə­şəkkil və uğurla keçirilməsinə görə “Azərikimya” İB-nin kollektivinə minnətdarlıq ifadə etmiş, ilk gündən kimyacıların xeyriyyə təşəbbüsünə həvəslə qoşulmuş və bu mühüm tədbirdə fəal iştirak etmiş digər şəhər təşkilatlarına təşəkkürünü bildir­mişdir.

Təqdirəlayiqdir ki, aksiyanın ilk mərhələsində “Kimyaçı” Mədəniyyət sarayında toplan­mış geyim vasitələri, məktəb ləvazimatları və digər əşyalar şəhərin müxtəlif məktəb­lərində təhsil alan, aztəminatlı ailələrdən olan 300-dən artıq şagird və kimsəsiz uşaqlar arasında paylanmışdır.

«Kimyaçılar-3» İcmasının akt zalında keçirilən tədbirin sonunda əsas məqsədi aztə­minatlı ailə­lərə, əlil uşaqlara, tənha və yaşlı adamlara diqqət yetirmək, onlara maddi və mənəvi dayaq durmaq, yetişməkdə olan nəslin yaradıcılıq və intellektual qabiliyyətlərinin aşkar olunmasına və inkişaf etdirilməsinə vasitəçilik etmək olan xeyriyyə aksiyasının yeni – 2012-ci ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər