Kinoteatrlarda hansı yeni filmlər var? – SİYAHI

1242

Həftəsonunu maraqlı və əyləncəli keçirmək istəyən şəxslər kinoteatrlara üz tuta bilər. Bakıda fəaliyyət göstərən kinoteatrlarda xarici dilli kinolarla yanaşı azərbaycan dilinə tərcümə edilən filmlər də var.

Open.az istirahət günlərində izləyə biləcəyiniz filmlərin siyahısını təqdim edir:

“Yırtıcı” filmi (Nizami, Cinema Plus kino mərkəzi)

Filmin baş qəhrəmanı sabiq dəniz piyadası Yer üzündə yadellilərin qəddar irqini aşkar edir, lakin ona inanmırlar. Onun məktəbdə hər kəs tərəfindən təklənidiyi autist oğlu isə yırtıcılarla döyüşdə əsas obyektə çevrilir, çünki uşaq dilləri inanılmaz sürətdə öyrənə bilir və beləcə gəlmələrin söylədiklərini
anlaya bilir.

 

“Kin” filmi ( Nizami, Park Cinema, Cinema Plus kino mərkəzi)

Əsl gücünü ancaq ehtimal edilə bilindiyi yadplanetli silah aşkarlayan məktəbli böyük problemlərin mərkəzinə düşür: yadplanetlilər, xüsusi xidmət, qanqsterlər onun və qardaşının ovuna çıxır. Bu taleyi o seçməyib, lakin müəmmalı artefaktın dünyamızı xilas və ya məhv etməsi ancaq ondan asılıdır.

 

“Tünd qırmızı nanə” filmi ( Nizami, Park Cinema, Cinema Plus kino mərkəzi)

Gənc ailə ancaq anananın sağ qaldığı küçə atışmasına düşür. Həyatının növbəti 5 ilini bütün səbəbkarlardan, yəni soyğunçular, satqın polislər və mənəviyyatsız vəkillərdən intiqam almağa həsr edir.

 

“Olduqca varlı asiyalılar” filmi (Nizami, Park Cinema, Cinema Plus kino mərkəzi)

Reyçel Çu – Çin əsilli amerika vətəndaşıdır. O, öz sevgilisi ilə Sinqapurda dostunun toyuna yollanır. Orada öz sevgilisinin olduqca varlı ailədən olduğunu və bütün yerli qadınların onunla evlənmək arzusunda olduğunu öyrənir.

 

“Rahibənin lənəti” filmi (Nizami, Park Cinema, Cinema Plus kino mərkəzi)

Rumıniyanın uzaq monastırında intihar baş verdikdə Vatikan qaranlıq keçmişə sahib keşiş və gənc rahibəni yollayır. Yalnız həyatları yox, həm də iman və mənəviyyatlarını riskə ataraq onlar şər qüvvələrlə üzləşir, monastır isə ölülər və sağ qalanlar arasında dəhşətli döyüş meydançasına çevrilir.

 

“Sadə xahiş” filmi (Nizami, Park Cinema, Cinema Plus kino mərkəzi)

Kiçik şəhərcikdə yaşayan blogger-ana Stefani rəfiqəsinə yardım edir, o isə bundan sonra yoxa çıxır. Rəfiqəsinin həyta yoldaşı Şonla birgə Stefani həqiqəti tapmalıdır. Bundan sonra onların həyatı sirr və satqınlıq, sevgi və sədaqət, ölüm və intiqamlarla doludur.

 

“Mara” filmi filmi (Nizami, Park Cinema, Cinema Plus kino mərkəzi)

Keyt Killer yatarkən öz həyat yoldaşı tərəfindən öldürüldüyündə polis tərəfindən şübhəli bilinir Şahid qismində ölmüş şəxsin on səkkiz yaşlı qızı Sofi çıxış edir. İşin dərinliyinə vardıqca Keyt qurbanlaını yuxu anəndan öldürən şeytanın olduğunu öyrənir. O da həmçinin qorxunc əlamətlər və kabuslar yaşadığından yatmaq onun üçün təhlükəli olmağa başlayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər