Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq – Şərtlər

1901

Kollec məzunları ixtisas uyğunluğu gözlənilməklə qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev mətbuat konfransında deyib. O bildirib ki, qanun 2019-2020-ci tədris ili üçün nəzərdə tutulur:

“Kollec məzunlarına minimum keçid balı veriləcək. Minimum keçid balı 200-250 bal arası dəyişir.
Kollec məzunu təhsil müəssisəsindən arayış götürəcək.  Akademik naliyyətləri həmin sənəddə öz əksini tapacaq. Ümumi orta göstəricisinə əsasən qəbul aparılacaq”.

Y. Piriyevin sözlərinə görə, tibb təhsili üzrə kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu bir qədər fərqlidir:

“Belə ki, tibb təhsilini davam etdirmək istəyən subbakalavr təhsilli məzun imtahansız müalicə işi və bu kimi ixtisaslara qəbul ala bilməz. Bunun üçün o, imtahan verməlidir. Ancaq həmin məzun biologiya, kimya və bu kimi ixtisaslarda imtahanda iştirak etmədən müsabiqədə iştirak edə bilər”.

Nazirliyin şöbə müdiri Emin Əmrullayev qeyd edib ki, hər bir kolleci bitirən şəxs üçün əvvəl bir yol var idi:

“Pedaqoji kolleci bitirən şəxs, sırf pedeqoji sahədə təhsilini davam edə bilər. Kollec məzunu 600 ballıq bir ixtisasa getmək istəyirsə, gedə bilməz. O imtahanda iştirak etmədən sadəcə 200-250 ballıq minimal bala sahib olur. Kollec məzunlarının digər abituriyentlərdən üstün tərəfi minimal bala sahib olmalarıdır. Ali məktəblərə qəbul planında 6,4% artım nəzərdə tutulub”.

Qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək. Daha sonra ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları media nümayəndələrinin diqqətinə çatdırılıb.

Qeyd olunub ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər.

Xatırladaq ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.

Günel Hacı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər