Koronavirusa yoluxmaq istəmirsinizsə, GÖRÜŞƏNDƏ ƏL VERMƏYİN, ÖPÜŞMƏYİN

987

Çindən dünyaya sürətlə yayılan koronavirus təhlükəsi insanları biri-birindən yaxın təmasdan çəkindirir.

Amma di gəl ki, təhlükənin tüğyan etdiyi zamanda belə, azərbaycanlılar adət etdikləri əl sıxmaq, öpüşüb görüşmək kimi adətlərindən vaz keçə bimirlər. Hətta insanlar var ki, gündə iki dəfə təsadüfən rastlaşsalar belə, mütləq öpüşərək salamlaşırlar.

Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev Modern.az-a bildirib ki, koronavirusdan qorunmaq üçün bəzi vərdişlərimizdən çəkinməliyik:

 

“Biz xalq olaraq istiqanlı, mehriban insanlarıq. Dostumuzu, yoldaşımızı, qohumumuzu görəndə həmişə öpüşüb görüşürük, ən azından əl tuturuq. Bu vərdişlərdən müvəqqəti də olsa imtina etmək lazımdır. Əl verib görüşmək xəstəliyin yayılmasına səbəb olan faktorlardan biridir, o cümlədən də öpüşmək.

Öpüşməkdən mütləq surətdə çəkinmək lazımdır. Bu cür situasiyalar həmişə olmur. Ona görə də müvəqqəti olaraq adətmizi tərgidək.

İki yanaqdan da öpüşüb görüşmək bizə qardaş xalq-türklərdən keçib. Amma onlar da bizimki kimi öpüşmürlər, tokalaşırlar”.

Qərargah üzvü deyib ki, ümumiyyətlə yaxın təmasdan qaçınmaq lazımdır:

“Xüsusilə respirator əlamətlər olan insanalarla yaxın təmasdan qaçmaq vacib şərtdir. Avtobusa, metroya minəndə tutacaqlardan tutanda yaxud idarə və ofislərdə əlinizlə qapının dəstəyinə toxunanda ən azından əlinizi gözünüzə, ağzınıza, burnubuza yaxınlaşdırmayın. Yanınızada dezinfeksiyaedici vasitə, ən azından 50 faizlik spirt varsa, onunla əlinizi təmizləyin.

Evə gəldikdə, yaxud yemək süfrəsinə oturmamışdan əvvəl mütləq əllərinizi 20 saniyə müddətində sabunla axar suyun altında yuyun”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər