Koronavirusun səthdən yoluxma riski ilə bağlı açıqlama

678

“Koronavirusun çirkli səthlərə toxunmaqla yoluxması riski 10 mində 1-dən azdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında deyilir.

“Çirkli səthlər və əşyalarla təmas yolu ilə koronavirusa yoluxmada təsir göstərə bilər, amma əldə edilən məlumatlar bu şəkildə yoluxmanın aşağı ehtimal olduğunu göstərir”, – mərkəzin direktoru Roşel Valenski qeyd edib.

Mütəxəssislərin açıqlamalarına görə, virus, əsasən, havada asılı qalan böyük və ya kiçik damlalar şəklində tənəffüs yolu ilə yoluxur

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər