Külək əsəcək, leysan olacaq

521

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozu barədə məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 20-si və 21-də küləkli hava şəraiti müşahidə olunacaq. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. İyunun 20-də səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 17-22, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə yağış yağacağı ehtimal olunur. Dağlıq və dağətəyi ərazilərdə leysan yağacaq. Bölgələrdə də iyunun 20-si və 21-də külək əsəcək. Ayın 21-də gündüz saatlarından etibarən küləyin kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək. İyunun 21-də isə gecə 17-22, gündüz 25-30, dağlarda gecə   7-12, gündüz 14-19 dərəcə isti olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər