Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olub

1437

Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri və investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə son bir il ərzində Sumqayıt şəhərində həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib. Şəhərin sosial-mədəni, iqtisadi inkişafından danışılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda  sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması,  modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Sumqayıt şəhərindin sürətli inkişafından, abadlıq-quruculuq işlərindən məmnunluqla söhbət açıb, təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər