Menu
Geri İrəli

Sumqayıtda “Kitab oxuma dayanacağı” layihəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2015 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur

Gənclərin kitab oxumağa marağının artırılması məqsədilə “Kitab oxuma dayanacağı” layihəsinin icrasına başlanılıb.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibidir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə baş tutan təqdimatda layihə rəhbəri qeyd edib ki, bu gün kitaba etinasızlığın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür, xarici dildə olan ədəbiyyatlar dilimizə tərcümə edilir, Gənclər Fondu qrant müsabiqələrdə bu mövzuya xüsusi yer ayırır, layihələr reallaşdırılır. Buna baxmayaraq gənclərimizdə kitaba olan maraq qənaətbəxş dərəcədə deyil.

Təqdimatda çıxış edən layihə təlimçisi L.Ağayeva layihə çərçivəsində növbəti təşviqat xarakterli görüşdə kitab sərgisinin də təşkil olunacağını vurğulayaraq bildirib ki, gənclər oxuyub bitirdikləri kitabları sərgiyə təqdim edəcəklər. Görüşlərdə aktiv olan bir qrup gənc ilə birgə dayanacaqlarda kiçik rəflər quraşdırılaraq içərisinə kitablar yerləşdiriləcək.

Tədbirin sonunda iştirakçılara kitab oxumağın faydasını əks etdirən videoçarx nümayiş olunub, sertifikatlar təqdim edilib.


 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın