Menu
Geri İrəli

ABŞ-ın rok qrupu Sumqayıt şəhərində konsert proqramları ilə çıxış edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2016 • Baxış sayı: 712 dəfə • Şərh yoxdur

rok-sumqayitABŞ-ın ACIDIC musiqi qrupunun Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirliyin Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı əsasında gerçəkləşən səfər noyabrın 7-dək davam edəcək.

“ABŞ səfirliyi II Azərbaycan Elm Festivalını dəstəkləməkdən, ACIDIC qrupunun festivala töhfə verməsindən çox məmnundur. Musiqi və interaktiv kabinələrin olduğu bu kimi festivallar gənclərin elmə marağını artırır. Bununla elm geniş vüsət alır, tələbələr elm və texnologiya sahələrini öyrənməyə daha çox maraq göstərir. Bu, Azərbaycanda iqtisadiyyatın texniki və elmi sahələrdə artan tələblərinə cavab verəcək savadlı və çoxşaxəli işçi qüvvəsinin hazırlanması, eyni zamanda Azərbaycan hökumətinin prioriteti – iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi baxımdan böyük əhəmiyyət kəsb edir”, – deyə səfirliyin məlumatında vurğulanır.

Qeyd olunur ki, festivalda səfirliyin Bakı Amerika Mərkəzində yaratdığı “Maker Space”i nümayiş etdirən kabinəsi var. Burada uşaqlar robot hazırlaya və kodlaşdırmanı öyrənə bilərlər.

ACIDIC musiqi qrupu tələbələrin elmə cəlb olunması, Azərbaycanda elm və texnologiya sahələrində inkişafa töhfə vermək üçün 5 konsert proqramı ilə çıxış edəcək. Qrupun  Sumqayıt səfəri planlaşdırılır.

ACIDIC musiqi qrupu 2 noyabr tarixində Sumqayıt şəhərində konsert proramı ilə şıxış edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın