Menu
Geri İrəli

Almaniya səfiri Sumqayıt Bələdiyyəsində olub

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2017 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur
Share Button

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Sumqayıta səfəri çərçivəsində şəhərin bələdiyəsində olub.

Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov şəhərdə həyata keçirilən sosial-iqtisadi tədbilər, yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Sədr Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabr ayında Sumqayıtda səfərdə olduğunu və şəhərdə görülmüş işləri çox yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.

S.Əsədov eyni zamanda ermənilər tərəfindən 1988-ci ilin fevral ayında Sumqayıtda və 1992-ci ilin fevralında Xocalıda qanlı terror hadisələrinin törədildiyini, bu hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlının amansızcasına qətlə yetirildiyini bildirdi.

Sədr Sumqayıt Bələdiyəsinin strukturu və fəaliyyəti barədə məlumat verdi, şəhərdə aparılan işlərə bələdiyənin də dəstək verdiyini vurğuladı.

Diqqətə çatdırıldı ki, 1977-ci ildən Sumqayıt və Almaniyanın Lüdviqshafen şəhərləri arasında partnyorluq əlaqələrinin əsası qoyulub və ötən dövr ərzində tərəflər arasında çox sıx əlaqələr mövcud olub.

Almaniyalı səfir M.Kindsqrab qeyd etdi ki, bu, onun Sumqayıta üçüncü səfəridir və ötən dövr ərzində şəhər çox dəyişib, müasirləşib. Səfir sovetlər dövründə birllik ölkələrindən olan şəhərin Avropa şəhərlərindən biri ilə qardaşlaşmasının qeyri-adi hal olduğunu və sonralar bu əlaqələrin davam etdirildiyini və şaxələndirildiyini söylədi.

Görüşdə şəhərin inkişaf perspektivləri, ekoloji layihələr müzakirə edildi. Bildirildi ki, Sumqayıtda sovet dövründə sənaye tullantıları ilə çirkləndirilmiş ərazilərin böyük hissəsi məhz alman mütəxəssislərin iştirakı ilə təmizlənib.

Sonda səfirə Sumqayıt Bələdiyyəsi adından xatirə hədiyyəsi və Sumqayıt hadisələrindən bəhs edən, alman, ingilis, fransız və rus dillərində çap olunmuş kitab təqdim olundu.

Görüşdə Sumqayıt Şəhər icra hakimiyəti başçısının müavini Sahib Quliyev, Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov, bələdiyyənin Yerli büdcə məsələləri üzrə Komissiyasının sədri Akif Kərimov və Ekologiya məsələləri üzrə Komissiyanın sədri Yusif Salmanov da iştirak ediblər.

DSC_0049

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın