Menu
Geri İrəli

“ASAN xidmət” mərkəzinin könüllüləri Sumqayıtda tədbir keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2017 • Baxış sayı: 585 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən “Teatr və onun tarixi” mövzusunda tədbir keçirilib. Tədbirdə könüllülər dünya və Azərbaycan teatrının tarixi mövzusuna toxundular, həmçinin Azərbaycan teatr tarixinin ilk tamaşası sayılan “Lənkəran xanının vəziri” tamaşasını səhnələşdiriblər. “Teatr və onun tarixi” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, millət vəkili Tahir Mirkişili  iştirak edib.

Tədbirin bədii rəhbəri, Sumqayıt regional “ASAN xidmət” mərkəzinin mədəniyyət məsələləri üzrə məsul şəxsi Əhyə Salamova tədbirdə 30-dan çox könüllünün iştirak etdiyini bildirib.

Tədbirdə tamaşalarla yanaşı könüllülər tərəfindən mahnılar, rəqslər nümayiş olunub.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

DSC_0004 DSC_0005 DSC_0007 unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın