Menu
Geri İrəli

“Azərikimya” İB-də ətraf mühitə təsirlərin qiymətləndirilməsı sənədinin ictimai dinləməsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2017 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur
Share Button

azerikimya2Yanvarın 16-da “Azərikimya” İB-nin akt zalındaSOCAR-ın Ekologiya İdarəsinin təşəbbüsü ilə Birliyin Etilen-polietilen zavodunun “EP-300” qurğusunun modernizasiyası və istismarı layihəsi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ)sənədinin ictimai dinləməsi keçirilmişdir.

“Azərikimya” İB-nin məsul şəxsləri ilə bərabər Sumqayıt şəhər Bələdiyyəsinin, SOCAR-ın Ekologiya İdarəsinin, “SOCAR Polymer” MMC-nin, Karbamid zavodunun, “SOCAR-UNİPER” MMC-nin, “Azəriqaz” İB-nin, Ekologiya və Təbii Sərvətlər NazirliyininƏtraf Mühitin Mühafizəsi Departamentinin və Ekspertiza İdarəsinin, Bakı Ali Neft Məktəbinin, ADNSU-nun, SDU-nun, Polimer Materialları İnstitutunun, STP-nin, eyni zamanda Sumqayıt şəhərində yerləşən bir sıra idarə və müəssisə nümayəndələrinin, Qeyri-hökümət Təşkilatlarının, KİV və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə “Azərikimya” İB-ninİcraçı direktorun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müaviniVüqar Kərimov açmış,tədbirin məqsəd və qayəsi, ƏMTQsənədinin hazırlanmasınınəhəmiyyətlilik dərəcəsi haqqında iştirakçılara məlumat vermişdir.

Sonra“Azərikimya” İB-nin Modernizasiya və yenidənqurma işlərinin təşkili şöbəsi tərəfindən“Etilen-polietilen zavodunun “EP-300” qurğusunun modernizasiya və yenidənqurma layihəsi və onun texniki göstəriciləri” mövzusunda təqdimat slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, layihə ərazisi SOCAR-ın müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənmiş, burada mövcud olan köhnə obyektlər demontaj edilmiş, yollar çəkilmiş, ətrafda abadlıq işləri aparılmış, ərazi tikinti işlərinin başlanılması üçün hazır vəziyyətə gətirilmişdir.

Layihəözündə mövcud əmtəəlik propilenin ayrılması kolonunun rekonstruksiyası, yeni Propan-propilen fraksi­yasının (PPF) təmizlən­məsi qurğunun,etilen və propilen üçün yeni tutumların,Hidrogenin zənginləşdirilməsi qurğusunun (PSA), modul tipli elektroliz üsulu ilə sudan hidrogenin alınması qurğusunun,4 ədəd yeni piroliz sobasının, quru qazın təmizlən­məsi üçün yeni qurğunun tikintisini və s. işlərin yerinə yetirilməsinibirləşdirir. Layihənin icrası ilə mövcud texnoloji qurğular modernləşəcək,EP-300 quğusunun istehsalı gücü artacaq, texnoloji proseslərin stabil və təhlükəsiz istisamrına nail olunacaq, nəticə etibarilə ümumi məhsuldarlığın artmasına, alınan məhsulun keyfiyyətinin yüksəldilməsinə, işçilərin iş çəraitinin və sosial-rifah halının yaxşılaşmasına zəmin yaranacaqdır.

Sonra SOCAR-ın Ekologiya İdarəsi tərəfindən“ƏMTQ prosesi və layihənin ekoloji üstünlükləri”, “Layihə ərazisində ətraf mühitin ilkin vəziyyətinin tədqiqi”,“Potensial təsirlər və onların qiymətləndirilməsi” mövzularında geniş təqdimatlardinlənilmiş, mütəxəssislər tərəfin­dən layihənin texniki göstəriciləri, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq, ətraf mühitin, tullantıların və çirkab sularının idarə edilməsi planları və s. haqqındatədbir iştirakçılarına geniş məlumat verililmişdir.

Tədbirin sonunda təqdimatlar ətrafında müzakirələr keçirilmiş, iştirakçıların çoxsaylı sualları aidiyyati qurumların mütəxəssisləri tərəfindən ətraflı cavablandırılmışdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın