Menu
Geri İrəli

Azərikimyada İndoneziya Respublikasının səfiri ilə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2017 • Baxış sayı: 524 dəfə • Şərh yoxdur
Share Button

Mayın 23-də “Azərikimya” İstehsalat Birliyində İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananie ilə görüş keçirilib.

Qonağı səmimi salamlayan, İndoneziyanın Azərbaycan üçün siyasi tərəfdaş və dost ölkə olduğunu, iki olkə arasında uzunmüddətli səmərəli əməkdaşlığın, dini, elmi və mədəni əlaqələrin mövcudluğunu vurğulan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri, perspektiv layihələr, həmçinin son dövrlərdə Sumqayıt şəhərində həyata keçirilən abadlıq və quruçuluq işləri haqqında məlumat verilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən fövqəladə və səlahiyyətli səfir Hüsnan Bəy Fanani Azərbaycanın son illərdə sürətlə inkişaf edən ölkələrdən biri olmaqla bərabər öz adət-ənənələrini və özünəməxsusluğunu qoruyub saxladığını dilə gətirmiş, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, elmi, mədəni, təhsil və digər humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, İndoneziya Respublikasının Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd etmiş, bu əməkdaşlıqların Azərbaycan-İndoneziya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirmişdir.

May ayının 12-dən 22-ə kimi Bakı şəhərində keçrilən IV İslam Həmrəyliyi Oyunlarından böyük məmnunluq hissi ilə danışan səfir Hüsnan Bəy Fananie vurğulamışdır ki, yüksək səviyyədə keçrilmiş ilk Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçrilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu oyunlar eyni zamanda Azərbaycanın idman şöhrətini daha da artırmış, beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir. Bu oyunlara ev sahibliyi etməklə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövründədir, bu ölkə dostluq, əməkdaşlıq məkanıdır.

Burada bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır. Azərbaycan İslam aləminin bir parçasıdır, islam dünyası üçün, ümumiyyətlə, bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirdi, həm İslam aləminə, həm dünyaya bir daha göstərdi ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi çox mühüm hadisə kimi hələ uzun müddət yaddaşlardan silinməyəcək.

Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polymer MMC haqqında da söhbət aparılan görüşdə bu Parkın ərazisində müxtəlif sənaye və neft-kimya məhsulları istehsal edən müəssisələrinin yaradılmasında sənaye cəhətdən dünyanın inkişaf etmiş ölkələrin sırasına daxil olan, ümumi milli gəlirin artım tempinə görə yalnız Çin və Hindistandan geri qalan İndoneziyanın şirkət və firmalarının, ayrı-ayrı iş adamlarının öz investiysiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılmışdır.

“Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat vermiş, səfiri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdir.

18581484_1462634573759804_1409904047662205792_n 18581962_1462634660426462_5633306370156217541_n 18582286_1462634703759791_4024664837678581431_n 18620040_1462634740426454_2306337094543965106_n 18664655_1462634550426473_2064860636798277493_n 18698113_1462634537093141_294974487074589286_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın