Menu
Geri İrəli

Daxili işlər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2016 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

ramilAzərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 26-da saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın