Menu
Geri İrəli

“GafGart” layihəsi “Follow the art step by step”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2016 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur

13226789_280661435600699_3658411400302975711_n
Əziz dostlar, sizi 15.05.2016 cı il tarixində Karvan Art Gallery-də keçiriləcək sərgimizə dəvət edirik. Sərgidə layihəmizin əməkdaşlarının bir sıra kateqoriyalar üzrə əl işləri sərgilənəcəkdir. Biz də sizlərdən biri kimi ölkəmizdəki incəsənətin nümayiş etdiriləcəyi sərgiyə dəvət edirik.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Enactus AzMİU” komandasının təşəbbüsü olaraq həyata keçirmək istədiyimiz “GafGart” layihəsi “Follow the art step by step” şüarı altında yaradılaraq incəsənət məshullarının satışı üzrə elektron ticarət portalının əsasını qoymuşdur. “GafGart”ın əsas məqsədi ehtiyacınız olacaq bütün məhsulları bir məkanda yerləşdirib vətəndaşlarımızın işini asanlaşdırmaqla yanaşı dövlətimizdə olan bacarıqları tam şəkildə nümayiş etdirməkdir. Layihəmizi “GafGart” adlandırmağımızın əsas səbəbi isə “Gafgaz” və “Art” sözlərinin qısalmış forması olmaqla Qafqazdakı incəsənəti nümayiş etdirməkdir.

Ölkəmizdə müxtəlif sahələrin gündən-günə dəyişməsi və inkişaf etməsi üçün “Enactus AzMİU” komandası olaraq layihə düşündük və bir ilə yaxındır bu layihə üzərində işləyirik.
Dövlətimizdə inkişaf edən və fəaliyyət göstərən sahələrin inkişafı üçün lahiyəmizdə bir çox sahəyə aid kateqoriyalar göstərilib. Hansı ki, hər biri strateji əhəmiyyətli sahələrdir. Bu sahələrə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT), virtual aləm, mobil rabitə daxildir.
Həmçinin, ölkəmizdə olan tarixi sənətlərin, əl işlərinin, qabların və s. bu kimi incəsənət məhsullarına həm yerli, həm də xarici vətəndaşlara mükəmməl şəkildə təqdim etməyi nəzərdə tutmuşuq.

Bizimlə birlikdəsərgimizdə iştirak etmək istəyənlər may ayının 15-I hər birinizi gözləyirik J
Sərginin keçiriləcəyi məkan: Karvan Art Gallery
Ünvan: Səbail rayonu , Xəqani 17A (Rus dram teartın yanında)
Əlaqə vasitələri:
gafgart.az@gmail.com
077 406 06 62

Facebook Şərhləndirmə:

Şərhinizi yazın