Menu
Geri İrəli

Gənc mühəndislər Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 564 dəfə • Şərh yoxdur
Share Button
muhendislerSOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavoduna olunan ekskursiyada əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universitetinin tələbə və məzunları iştirak ediblər.
Gəzinti iştirakçılarına zavod ərazisində təhlükəsizlik texnikası qaydaları ilə bağlı təlimat keçirildikdən və iştirakçılar fərdi mühafizə vasitələri ilə təmin olunduqdan sonra onlara “Azərikimya” İB, kimya sənayesinin tarixi, hazırda həyata keçirilən layihələr və gələcək perspektivlər barədə geniş məlumat verilib.
İB-nin və Etilen-polietilen zavodunun mütəxəssisləri və məsul şəxslərinin müşayiətiı ilə həyata keçirilən gəzinti zamanı zavodun bütün istehsalat sahələri, müxtəli qurğu və avadanlıqlar, onların iş prinsipi, istehsal olunan məhsullar, həyata keçirilən tədbirlər və s. haqqında iştirakçılara ətraflı məlumatlar verilib.
Gəzinti iştirakçıları zavodun İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Sənaye-sanitar sahələrini özündə birləşdirən, müasir avadanlıqlarla təchiz edilmiş yeni laboratoriyasında və idarəetmə mərkəzində olaraq, real iş şəraiti ilə əyani tanış olmaq imkanı qazanıblar.
Gəncləri maraqlandıran bir sıra suallar müəssisənin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkdirilib, yaradılan şəraitə görə Gənc Mühəndislər Cəmiyyəti adından “Azərikimya” İB-nin rəhbərliyinə minnətdarlıq ifadə edilib.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın