Menu
Geri İrəli

Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda böyük maraq doğurur – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2017 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyəti İnformasiya və Reklam Departamentinin əməkdaşları Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində olublar.

Ziyarətə gələn İnformasiya və Reklam Departamentinin əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Bildirilib ki, Heydər Əliyev parkında inşa olunan üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyətin nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar da böyük maraq doğurur. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompyuter və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompyuter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərir.

Qeyd olunub ki, Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir.

DSC_0122 DSC_0143 DSC_0151 DSC_0158 DSC_0163 DSC_0177 DSC_0207 DSC_0220 DSC_0229 DSC_0235

Facebook Şərhləndirmə:

Şərhinizi yazın