Menu
Geri İrəli

“Litvada təhsil alan Azərbaycan gənclərinin ölkəmizlə bağlı təbliğat fəaliyyəti” davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2015 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur

Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundunun 6-cıqrant mərhələsində Litvada təhsil alan tələbə Sürəyya Şirinova və Samir Musayev də qalib olmuşdur. Layihənin 4 aylıq icra planına uyğun olaraq 2015-ci ilin mart ayından başlayan tədbirlər cari ilin iyul ayında yekunlaşıb. Bu müddət ərzində tələbələr tərəfindən Litvanın Vilnius, Kaunas, Klaipeda, Şiauley və digər bu kimi əsas şəhərlərdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, milli mətbəxi, turizm potensialı, kino sənəti və digər mühüm mövzuları özündə əks etdirən Sürəyya Şirinovanın “Mənim Azərbaycan haqqında təssüratlarım” və Samir Musayevin “Mən Qarabağ haqqında nə bilirəm?” adlı tədbirlər keçirilmişdir. Layihələrin yekununda kitab çapedilmiş, vəqısa-metrajlı film hazırlanmışdır. Keçirilmiş tədbirlərdə litvalı gənclərlə yanaşı, Litvada təhsil alan əcnəbi tələbələr, müəllimvə professor heyəti, yerli gənclər təşkilatının fəal üzvləri, həmçinin, dövlət və hökümətn ümayəndələri də qonaq qismində tədbirlərimizdə iştirak etmişdilər.

Gənclər fondunun maliyyə dəstəyi ilə təşkil edilmiş tədbirlər silsiləsində Azərbaycanın inkişafına dair nümayiş etdirilmiş video çarxlar, qonaqlara təqdim olunmuşdur milli mətbəximizin ləziz yeməkləri, millirəqslər, həmçinin, milli ornamentli hədiyyələr qonaqların ölkəmizə olan maraqlarını daha da artırmış və gələcək fəaliyyətimizdə əməkdaşlıq üçün stimul yaratmışdır.

1737852_10203016524513725_1156224810_o 14079260524081837526_750x500 fotosargi_463675_003 (1) sekil9856 sekil-9877

Facebook Şərhləndirmə:

Şərhinizi yazın