Menu
Geri İrəli

“Mən Qarabağ haqqında nə bilirəm?”layihəsi Litvada uğurla başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundunun 6-cı qrant mərhələsində Litvada təhsil alan tələbə Samir Musayev də qalib olmuşdur.

Layihənin 3 aylıq icra planına uyğun olaraq 2015-ci ilin aprel ayından başlayan tədbirlər cari ilin iyul ayında yekunlaşıb. Layihənin məqsəd və icra planına uyğun olaraq yerli gənclər Qarabağ haqqında biliklərini inşa şəklində yazaraq müraciət etmişdilər. Yazılmış inşalar bir daha nəzərdən keçirildikdən sonra Litvanın paytaxtı Vilnius şəhərində kitab şəklində çap edilmişdir.

Müraciət edən gənclər tək paytaxt Vilnius şəhərindən deyil, Kaunas, Klaipeda, Şiauley və digər bu kimi əsas şəhərlərdən müraciət etmişdirlər. Layihələrin yekununda kitab çap edilmiş kitab Litvada təhsil alan əcnəbi tələbələr, müəllim və professor heyəti, yerli gənclər təşkilatının fəal üzvləri, həmçinin, dövlət və hökümət nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir.

Gənclər fondunun maliyyə dəstəyi ilə təşkil edilmiş tədbirlər silsiləsində Azərbaycanın inkişafına dair nümayiş etdirilmiş video çarxlar, qonaqlara təqdim olunmuşdur milli mətbəximizin ləziz yeməkləri, milli rəqslər, həmçinin, milli ornamentli hədiyyələr qonaqların ölkəmizə olan maraqlarını daha da artırmış və gələcək fəaliyyətimizdə əməkdaşlıq üçün stimul yaratmışdır.
14079260524081837526_750x500 1737852_10203016524513725_1156224810_o fotosargi_463675_003 (1)

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın