Menu
Geri İrəli

“Nə? Harada? Nə zaman?” intellektual oyununun şəhər mərhələsi Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2017 • Baxış sayı: 54 dəfə • Şərh yoxdur
Share Button

15075004381162463779_1000x669Sumqayıtdakı Gənclər Evində 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyununun şəhər mərhələsi keçiriləcək.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC –a bildirilib ki, yarış oktyabrın 14-də start götürəcək. Hər komandada altı iştirakçı olacaq. Yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunacaqlar. Qalib komanda həm də, “Azərbaycanın intellektual birincisi” çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, çempionatın final mərhələsi Bakıda keçiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın