Menu
Geri İrəli

Rusiya səfirliyi sumqayıtlı jurnalistlərə təşəkkür məktubu göndərib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2016 • Baxış sayı: 315 dəfə • Şərh yoxdur
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və “Rossotrudniçestvo” (“Rusiya əməkdaşlığı”) nümayəndəliyi sumqayıtlı jurnalistlər Rəhman Orxana (Məmmədzadə) və Suliko xanım Daqarquliyaya rus dili və ədəbiyyatı üzrə VIII Respublika Olimpiadasının Sumqayıtın 11 N-li orta məktəbində təşkil edilmiş başlanğıc regional mərhələsinin hazırlığında və keçirilməsində fəal iştiraklarına görə təşəkkürnamə göndərib.
Sumqayıtın təcrübəli rus dili müəllimləri ilə birgə münsiflər heyətinin üzvləri olan bu jurnalistlər Olimpiadanın ilkin mərhələsində şəhər məktəblərinin Azərbaycan və rus bölmələrində təhsil alan 7-8-ci sinif şagirdləri içərisindən rus dilini daha yaxşı bilənləri, intonasiya ilə şeir söyləməyi və hekayə danışmağı bacaranları seçməkdə peşəkarlıq və obyektivlik göstərdiklərinə görə Olimpiada təşkilatçılarının diqqətini cəlb etmişlər. Qeyd etmək lazımdır ki, hər iki jurnalist müxtəlif illərdə respublikanın nüfuzlu rusdilli nəşrlərindən olan “Vışka” qəzetində böyük jurnalistika məktəbi keçmişlər. Təsadüfi deyil ki, onlar ölkəmizdə son illər ənənəvi olaraq keçirilən rus dili və ədəbiyyatı olimpiadalarının Sumqayıt regionu üzrə münsiflər heyətində fəal üzvlər kimi təmsil olunurlar. Bilavasitə Rusiya səfirliyi, “Rossotrudniçestvo” nümayəndəliyi və Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimlər Assosiasiyasının təşəbbüsü və respublikanın Təhsil Nazirliyinin dəstəyi ilə fevral ayından başlayaraq 5 ay ərzində keçirilmiş builki Olimpiadada ölkənin 53 regionunun 347 məktəbindən 1300-ə qədər şagird iştirak edərək, rus dilinə olan maraq və sevgilərini nümayiş etdirmişlər. Olimpiadanın nəticələri bu il iyunun 6-da – böyük rus şairi A.S.Puşkinin dünyaya gəldiyi günün BMT-nin qərarına əsasən 2010-cu ildən başlayaraq bütün dünyada “Rus dili günü” kimi qeyd olunduğu gün elan edilmişdir. Olimpiada qaliblərinin mükafatlandırılması mərasimi isə Bakı Slavyan Universitetində keçirilmişdir. Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vladimir Doroxin olimpiada iştirakçıları, qalib şagirdlər qarşısında çıxış edərək qeyd etmişdir ki, “Biz bu tədbiri hesabat naminə kerçirmirik. Valideynlərlə, sizinlə birgə biz öz dil bacarığımızı, danışıq qabiliyyətimizi, biliklərimizi yoxlamağa, zənginləşdirməyə çalışırıq. Düşünürəm ki, bu, çox düzgün və yaxşı yanaşmadır. Onu da xüsusi məmnunluqla deməliyəm ki, Azərbaycanda rus dilinin unikal vəziyyəti ona münasibətin qeyri-formal olması ilə bağlıdır. 20 ildən artıqdır ki Azərbaycan dövləti, onun rəhbərliyi tərəfindən respublikada rus dilinin öyrənilməsi və təkmilləşdirilməsi üçün yaradılmış imkanlar, göstərilən hərtərəfli dəstək tolerantlığın və multikulturalizmin parlaq bir nümunəsidir. Belə bir beynəlmiləlçilik mövqeyi və ənənəsi isə Azərbaycanın maraqlarına xidmət etməklə bilavasitə xalqlarımız arasında qarşılıqlı anlaşmaya, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir”. Olimpiada Rusiya səfiri V.Doroxinin respublika üzrə qalibləri təbrik edərək, onlara xüsusi diplomlar və xatirə hədiyyələri təqdim etməsi, qaliblərin bir qrupunun isə dincəlmək, istirahət etmək üçün 10 gün müddətinə Rusiyanın “şimal paytaxtına” – ən qədim və gözəl şəhərlərdən biri olan Sankt-Peterburqa göndərilməsi, ölkəmizdən olan şagirdlərin orada rus dilində danışıqlarını təkmilləşdirmələri, biliklərini zənginləşdirmələri və Azərbaycan üçün yeni dostlar qazanmaları ilə ilə yadda qalmışdır.
Qadir SULTANOV, sumqayitxeber.com
14102653_1928028650757338_3443556300442539704_n 14039885_1928029054090631_4915089882810712664_n 14039981_1928029087423961_1510891791896789767_n 14045726_1928029290757274_9091475706695421199_n 14045765_1928028847423985_4455403304452520938_n 14079593_1928029187423951_7610360350187422689_n
Facebook Şərhləndirmə:

Şərhinizi yazın