Menu
Geri İrəli

“SOCAR-Polymer” əməkdaşlarının biliklərini nümayiş etdirməsi məqsədilə tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2017 • Baxış sayı: 260 dəfə • Şərh yoxdur
Share Button

Bu günlərdə Sumqayıt Təlim Tədris Mərkəzində (STTM) təhsil alan “SOCAR-Polymer” şirkətinin əməkdaşları olan dinləyicilərin bilik və bacarıqlarını, o cümlədən, texniki ingilis dili sahəsində əldə etdikləri biliklərini nümayiş etdirməsi məqsədilə tədbir keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin(TTSİ) rəisi Fuad Süleymanov, “SOCAR-Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov, “Paşa Holdinq”, “Gilan Holdinq”, “Azərsun Holdinq”in və “Polymer Construction” nümayəndələri iştirak ediblər. Tələbələrin təqdimatından sonra qonaqlar tədrisin keyfiyyətindən razılıqlarını bildirib, STTM kollektivinə və mərkəzdə təhsil alan “SOCAR-Polymer” MMC əməkdaşlarına müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, 2016-ci il oktyabrın 6-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və “SOCAR-Polymer” MMC şirkəti arasında bağlanmış Kadr hazırlığı haqqında müqaviləyə əsasən yeni bir əməkdaşlığın əsası qoyulub və Sumqayıt Təlim Tədris Mərkəzində (STTM) 3 ixtisas üzrə 4 qrupda kurslar təşkil edilib.Bunlardan texnologiya sahəsi üzrə Aparatçı qrupunun dinləyiciləri artıq tədrisi başa vurub, təlim prosesində əldə etdikləri bilik və bacarıqların istehsalatda tətbiqinə başlayıblar.

Bundan əlavə, STTM-də hazırda nəzarət ölçü cihazları və avtomatika, texnologiya və energetika sahələri üzrə 3 qrupda “SOCAR-Polymer” əməkdaşlarının tədrisi davam etdirilir. Dinləyicilərə kurslarda ixtisas fənləri ilə yanaşı, ünsiyyət səriştəliyinin və peşəkarlıqlarının artırılması məqsədilə 3 ay müddətinə texniki ingilis dili tədris olunub.

f83c065c-386f-403f-b480-846f21a3a478

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın