Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi jurnalistləri mükafatlandırıb

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2016 • Baxış sayı: 1,059 dəfə • Şərh yoxdur
1469203583_2Sumqayıt Bələdiyyəsində Azərbaycan mətbuatının yaranmasının 141 illiyi və Sumqayıt Bələdiyyəsinin jurnalistlər üçün elan etdiyi “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Öncə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov mətbuat işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzu edib. Sədr ölkəmizdə demokratik dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlər görüldüyünü, ardıcıl islahatların aparıldığını diqqətə çatdırıb.
Sumqayıtın sosial-iqtisadi inkişafı barədə danışan S.Əsədov şəhərin son 10 ay ərzində yeni inkişaf mərhələsinə daxil olduğunu, şəhər icra hakimiyyətinin rəhbəri Zakir Fərəcovun başçılığı ilə şəhərdə olduqca mühüm layihələrə başlanıldığını, əsaslı yenidənqurma və abadlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən işlər barədə ətraflı məlumat verən Bələdiyyə sədri bu işləri ardıcıl olaraq işıqlandırdığına görə jurnalistlərə təşəkkürünü bildirib.
Daha sonra müsabiqə qaliblərinin mükafatlandırılması olub.
Ardınca jurnalistlər üçün Sumqayıt turu təşkil edilib, media təmsilçiləri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın