Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsində “Azərbaycanda Yerli demokratiya həftəsi” çərçivəsində tədbirlərə başlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2016 • Baxış sayı: 302 dəfə • Şərh yoxdur

“Azərbaycanda Yerli demokratiya həftəsi” çərçivəsində Sumqayıt Bələdiyyəsində tədbirlərə start verilib. 

“Çoxmədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” adı altında keçirilən tədbirdə yerli bələdiyyənin məhəllə komitələrinin sədrləri və üzvləri iştirak edib. Toplantıda 2017-ci il üçün yerli büdcə layihəsinin ictimai dinləmələri davam etdirilib. Məlumat üçün bildirək ki, məhəllə komitələrinin üzvlərinin iştirakı ilə keçirilən dinləmələr oktyabrın 28-dən etibarən başlayıb.

Sumqayıt Bələdiyəsinin sədr müavini Musa Həsənov çıxış edərək ölkəmizdə özünüidarəetmə müxanizmi kimi bələdiyyənin keçdiyi tarixi yola nəzər salıb, ilk dəfə Sumqayıt şəhərində yaradılmış məhəllə komitələrinin fəaliyətinin yerli özünüidarəetmənin təkmilləşdirilməsindəki rolunu qeyd edib. M.Həsənov son 1 ildə şəhərimizdə görülmüş böyükmiqyaslı işlərdən bəhs edib, bələdiyyənin də öz işini yeni tələblərə uyğun qurduğunu diqqətə çatdırıb.

Tədbirdə bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində məhəllə komitələrinin rolu, yerli demokratiya həftəsinin mahiyyəti nəzərdən keçirilib, yerli büdcənin müzakirəsi zamanı ayrı-ayrı istiqamətlər üzrə proqnozlaşdırılan gəlir və xərclər barədə məlumat verilib.

Azərbaycanda multikulturalizm və tollerantlıq mövzusu çərçivəsində aparılan müzakirələr zamanı bildirilib ki, ölkəmizdə ayrı-ayrı xalqların, dinlərin, irqlərin nümayəndələri ə

srlər boyunca dostluq, mehribanlıq şəraitində yaşayıblar və Azərbaycanın bu təcrübəsi dünya tərəfindən nümunəvi model kimi təqdir edilir.

14914908_10207713663145175_816714681_n

 

14875221_10207713664985221_1553300627_n

 

 

14958731_10207713664505209_774273519_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın