Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsində jurnalistlərlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2017 • Baxış sayı: 704 dəfə • Şərh yoxdur

Sumqayıt Bələdiyyəsində mətbuat günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib.

Bələdiyyə sədri Sultan Əsədov ölkəmizdə media nümayəndələrinə göstərilən diqqət və qayğıdan danışıb, ölkəmizdə demokratik dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlər görüldüyünü, ardıcıl islahatların aparıldığını diqqətə çatdırıb. “Dünən dövlət başçısının göstərişi ilə jurnalistlər üçün tikillən binanın açılış oldu, 255 mətbuat işçisinə mənzil hədiyyə edildi. Bu, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, mətbuata olan münasibətin ifadəsidir” – deyə sədr əlavə edib.

S.Əsədov Sumqayıtda aparılan quruculuq işləri barədə danışıb, şəhərimizin son iki ildə öz simasının tamamilə dəyişdiyini xatırladıb, həyata keçirilmiş layihələr barədə məlumat verib.
Mətbuat işçilərinin aparılan işlərə dəstək verdiyini qeyd edən S.Əsədov Sumqayıt barədə məlumatların nəinki ölkə ictimaiyyətinə, dünyaya çatdırılmasında KİV-in əhəmiyyətli rolunu qeyd edib.
Daha sonra jurnalistlər çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq ediblər.

DSC_8625 DSC_8629 DSC_8639 DSC_8649

Facebook Şərhləndirmə:

Şərhinizi yazın