Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin növbəti tədbiri şəhərin Kimyaçılar qəsəbəsində keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2016 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur

“Azərbaycanda demokratiya həftəsi çərçivəsində” Sumqayıt Bələdiyyəsinin növbəti tədbiri şəhərin Kimyaçılar qəsəbəsində keçirilib.

“Çoxmədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” adı altında keçirilən görüşdə qəsəbə sakinləri, bəzi məhəllə komitələrin üzvləri iştirak ediblər.

Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov son 1 il ərzində Sumqayıt şəhərində görülən böyükmiqyaslı yenidənqurma və abadlıq işlərindən bəhs edib, Prezident İlham Əliyevin bu yaxınlarda şəhərimizə səfəri zamanı görülən işləri çox yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Görüşdə gənclərin estetik tərbiyəsi, seçicilərin rəy və təklifləri əsasında gənclərin asudə vaxtının təşkili məsələsi müzakirə olunub. S.Əsədov qeyd edib ki, gənclərin asudə vaxtının səmərəli təşkili üçün Sumqayıtda mühüm layihələr, effektiv tədbirlər həyata keçirilir.

Daha sonra tədbir diskussiya şəraitində davam etdirilib, yerli sakinləri narahat edən başlıca problemlər nəzərdən keçirilib, həlli Bələdiyyə tərəfindən mümkün olan məsələlər qeydə alınıb, digərləri isə müvafiq olaraq yönləndirilib.

Qeyd edək ki, “Azərbaycanda demokratiya həftəsi çərçivəsində” oktyabrın 31-dən etibarən Sumqayıt Bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər “2015 və 2016-cı illərdə icra olunmuş və 2017-ci ildə icrası nəzərdə tutulan layihələr”, “Məcburi köçkünlərin sosial müdafiəsi məsələləri”, Sumqayıt: çoxkonfensiyalı şəhər” mövzularını əhatə edib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın