Menu
Geri İrəli

Sumqayıt bilik yarışı üzrə Azərbaycan Çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2017 • Baxış sayı: 240 dəfə • Şərh yoxdur

unnamed

Cari ilin Gənclər Paytaxatı olan Balakən rayonunda “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatının final mərhələsi keçirilib.

Respublikanın 22 rayonunu təmsil edən 32 komandanın iştirak etdiyi çempionatda Sumqayıt şəhərini Emil Yusublu, Qorxmaz Aydınlı, Eyyub Ziya, Rüfət Bədəlov, Orxan Baxşiyevdən ibarət “Eldarado” komandası təmsil edib.

Komanda cari ilin 15 aprel tarixində Heydər Əliyev Mərkəzində təşkil edilmiş şəhər birinciliyinin, 22 aprel tarixində isə Abşeron zona turunun qalibi olaraq finala vəsiqə qazanıb.

Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda Sumqayıt şəhərinin “Eldarado” komandası xüsusi hazırlıq nümayiş etdirərək I yeri tutmuşdur. “Prometey” (Abşeron) II, Lələtəpə (Cəbrayıl) III, “Mil” komandası (Beyləqan) isə IV yeri qazanmışlar. Sumqayıt komandası sonuncu dəfə 2009-cu ildə bilik yarışının çempionu adına layiq görülüb.

Qeyd edək ki, Çempionatın 10 – illik yubiley ili münasibətilə “Ən yaxşı oyunçu” nominasiyasına “Eldarado” komandasın üzvü Qorxmaz Aydınlı, “Xüsusi xidmətlərinə görə” isə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov layiq görülmüşdür. Qaliblərə və nominantlara Gənclər və İdman Nazirliyinin kubok, medal, fəxri fərman və suvenir hədiyyələri təqdim edilib.

“Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında yarışlar “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tairixli Sərəncamı ilə təsdiq eilmiş “2015-2025 Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir. Məqsəd gənclərin intellektual səviyyəsinin, dünya görüşünün, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkil etməkdir.

unnamed (1)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın