Menu
Geri İrəli

Sumqayıt gəncləri arasında peyntbol çempionatı təşkil edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2016 • Baxış sayı: 405 dəfə • Şərh yoxdur

img_2742-1sumqayitxeber.com xəbər verir ki, 15-16 oktyabr 2016-ci il tarixlərində Fərid Salahovun fərdi lahiyəsi əsasında Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər  Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi  ilə Sumqayıt şəhərində gənclər arasında peintbol çempionatı keçirilib.

“Sumqayıt gəncləri arasında Peyntbol Çempionatı – VƏTƏN  KUBOKU” layihəsində Sumqayıtındə fəaliyyət göstərən müxtəlif dövlət və qeyri-dövlət qurumlarını təmsil edən gənclərdən ibarət 8 komanda iştirak edirdi. Çempionatın açılış mərasimində yarışa qoşulan komandalar və tərəfdaş təşkilatların nümayəndələri iştirak edirdi. Çempionatı açıq elan edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov komandalara uğurlar arzu etdi və layihənin təşkili üçün təşəbbüskarlara təşəkkür etdi. Daha sonra Layihənin ekspert və hakim heyəti tərəfində təlimat və təhlükəsizlik qaydalarının izahına keçildi. İki gün davam Çempionatın ilk günü bütün komandalar püşk atma nətiçəsində müəyyənləşən rəqibləri ilə qarşılaşdırlar. Qalıb komandalar növbəti  gün 3, 2 və 1-çilik uğrunda mübarizəni davam etdirdilər.

İki gün davam edən gərgin mübarizənin nətiçəsində, Reduco Tədris Mərkəzi yarışın çempionu, İdman İctimaiyyəti 2-ci, “Sağlam Düşüncə” Gənclər Təşkilatı isə 3-cü yerin sahibi oldu. Qaliblər kubok, medal və şəhadətnamələrlə təltif edildilər.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın