Menu
Geri İrəli

Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərindən daha bir sosial layihə

Müəllif: Sumqayitxeber.com • Tarix: 3 Avqust 2016 • Baxış sayı: 1,407 dəfə • Şərh yoxdur

DSC _ 001 Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə  “Gözdən əlillər üçün oxu dərnəyi “ layihəsinin ilk tədbiri  “Turan” restoranında baş tutub.

Sumqayitxeber.com məlumat verir ki, layihənin məqsədi görmə əngəlli insanların dünyagörüşünü artırmaq, mütaliə ehtiyacını qarşılamaq, onlara mənəvi dəstək olmaq və cəmiyyətə adoptasiyasına yardım etməkdir.

İlk tədbir Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktor müavini Kəmalə Rəhimovanın açılış nitqi ilə başlayıb. Kəmalə xanım könüllülərin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini, layihənin davamlı olması üçün əllərindən gələn hər bir köməkliyi əsirgəməyəcəklərini bildirib.

Tədbirdə “ASAN xidmət” könüllüləri tərəfindən dəyərli yazıçımız İlyas Əfəndiyevin “Gözlənilməyən sevgi” hekayəsi və gözdən əlillərə həsr edilmiş müxtəlif uğur hekayələri səsləndirilib, tədbir musiqi və rəqs parçaları ilə davam edib. Eyni zamanda “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” Sumqayıt təşkilatının üzvü Rövşən Ulduzxanın öz şeirini səsləndirməsi hamının marağına və alqışına səbəb olub.

Tədbirdə çıxış edən  “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin  Sumqayıt təşkilatının rəhbəri Tamam Məsimova layihənin təşkil olunmasına görə öz təşəkkürünü bildirib və layihənin davamlı olmasını arzulayıb. Sonda xatirə fotoları çəkilib. Şəkilləri sizinlə paylaşırıq.

Hazırladı: Sevinc Salehqızı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın