Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİNİN “YAY MƏKTƏBİ” YEKUNLAŞDI

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2017 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cari ilin 21 iyul tarixindən başlayaraq Sumqayıt gənclərinin Quba rayonunda “Yay məktəbi”nin təşkilinə başlanılmışdır.

Gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanması, ölkəmizin bölgələrinin tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə keçirilən “Yay Məktəbi”ndə şəhərin müxtəlif sahələrini, o cümlədən Təhsil, Səhiyyə, Mədəniyyət, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı, ali və orta ixtisas məktəbləri, Heydər Əliyev Mərkəzi, Qeyri Hökumət Gənclər təşkilatları, “Asan Xidmət”, “Qızıl Aypara Cəmiyyəti”nin Sumqayıt şəhər bölməsi, idarə və müəssisələri, Gənclər Evi, kütləvi informasıya vasitələrini təmsil edən ictimai fəal gənclər, idman ictimaiyyəti nümayəndələri və “Sumqayıt evimizdir, evimizi təmiz saxlayaq” devizi altında layihənin könüllüləri iştirak etmişlər.

Avqust ayının 11-inə dək davam edən Yay məktəbinə ümumilikdə 200-ə yaxın gənc cəlb edilmişdir.
Sumqayıt Heydər Əliyev Mərkəzindən başlayan “Yay Məktəbi”nin iştirakçıları Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda Ümummilli Liderin abidəsini, Quba Soyqırımı Məzarlığını ziyarət etmiş, Memorial Komplekslə tanış olmuş, “Su səsi” istirahət mərkəzində gənclər arasında intelektual və əyləncəli oyunlar, idman yarışları, təbiətlə tanışlıq təşkil olunmuşdur. İştirakçılar Baş İdarənin xüsusi geyimləri ilə təmin edilmişlər.
Yay məktəbinin iştirakçıları layihənin təşkilində göstərdiyi köməkliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişlər.

IMG_7206 IMG_7333 IMG_7453 IMG_8225 IMG_8247

Facebook Şərhləndirmə:

Şərhinizi yazın