Menu
Geri İrəli

Sumqayıt məktəbliləri üçün ekoloji düşərgə təşkil edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2017 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur

1500274733_6“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, “Təbiət Dostları” Gənclər Təşkilatı və Azərbaycan Skautlar Assosiyasiyasının tərəfdaşlığı ilə “Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi”nə yekun vurdu.
11-15 iyul 2017-ci il tarixlәrini әhatə edәn ekoloji layihә 5 günlük tәdris proqramı ilә təbiət qoynunda Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələ rayonunda təşkil edilib. Açıq hava şəraitində təşkil edilən düşərgədə Sumqayıt şəhərində fəaliyyət göstərən 10 orta təhsil müəssisəsindən müsabiqə əsasənda seçilmiş 55 nәfәr mәktәbli iştirak edirdi. 11 iyul 2017-ci il tarixində keçirilən açılış tədbirinə iştirak edən Qəbələ rayon İcra Hakimiyyəti nümayəndəsi Azər Şirinov və Qəbələ rayon Gənclər və İdman İdarəsi rəisi Fəxri Soltanov gənclərin və məktəblilərin asudə vaxtlarının maraqlı və səmərəli təşkili barəsində davamlı işlər aparıldığını diqqətə çatdıraraq düşərgə iştirakçılarına uğurlar arzulayıb.
Əsas məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirməni artırılması, onlar arasında ekoloji məsuliyyətin formalaşdırılması və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətləndə fəaliyyətlər təşkil etmək olan layihənin iştirakçıların seçilməsi iki mərhələdə – müraciət ərizəsi və müsahibə təşkil edilib.
5 gün davam edən düşərgə müddətində məktəblilər üçün ekoloji təhsil, komanda quruculuğu, liderlik mövzularında maraqlı təlimlər seminarlarda, intellektual oyunlarda (Kod Da Vinçi, komandalar arası yarışlar və s.) iştirak etdilər. İlk təlim günündə təlimçimiz Anar Məmmədov iştirakçılara komanda quruculuğu haqqında təlimləndirdi. Növbəti günlərdə təlimçimiz Pərvanə Babayeva iştirakçılara ekoloji problemlərdən, qlobal ekoloji problemlərdən və ekoloji tarazlığın qorunmasında hər bir fərdin rolunun vacibliyindən söz açdı. Düşərgənin son günü təlimçimiz Eldəniz Əsədov məktəblilərə liderlik haqqında təlim keçdi və iştirakçılar arasında simulasiya oyunu keçirdi.
Qeyd edə ki, layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün hazırlanmış həmyaşıddan-həmyaşıda əsaslı ekoloji maarifləndirmə proqramı ilə düşərgədə iştirak etmiş məktəblilər təhsil aldıqları Sumqayıt şəhərinin orta təhsil müəssisələrində ekoloji klublar yaradılacaq və bu klublar vasitəsi ilə məktəblərdə ekoloji maarifləndirmə fəaliyyətini genişləndiriləcək. Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək və məktəblilərin ekoloji maariflənməsini və ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın