Menu
Geri İrəli

Sumqayıt şəhər nümayəndələri Belostokda bayram tədbirlərində iştirak edib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2017 • Baxış sayı: 781 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti dostluq əlaqələri olan Polşa Respublikasının Belostok şəhərinin “Şəhər günü”nə həsr olunmuş bayram tədbirlərində iştirak etmişdir.
Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov və Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Belostok şəhərində “Şəhər  günü”nə həsr olunmuş bayram tədbirlərində, sərgilərdə və konsert proqramlarında iştirak etmişlər.
Keçirilən rəsmi görüşdə Sumqayıt şəhər nümayəndələri şəhərin meri Tadeuş Truskolyaskiy ilə Azərbaycanın sosial-iqtisadi inkişafı, Sumqayıt şəhərində son dövrdə aparılan, dünyaya səs salan tikinti, abadlıq-quruculuq işləri haqqında geniş məlumat vermişlər.
Nümayəndə heyəti Belastok Elmi-Texnoloji Parkında qonaq olmuş, parkda keçirilən konfranslarda iştirak etmiş, istehsal olunan avadanlıqlarla tanış olmuşdur. Eyni zamanda hər iki şəhərin özəl sektorunun qarşılıqlı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın