Menu
Geri İrəli

Sumqayıt şəhərində silsilə maarifləndirmə tədbirləri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2016 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

SECİLMİS 2 (2)Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.Mayın 11-də Sumqayıt şəhəri Kotec qəsəbə məscidi dini icmasının “ İslamda valideyn və övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan icma sədri Mirfəyyaz Fəttayev qadın hüquqları, təhsildə, əmək fəaliyyətində qadınların rolu və funksiyası haqqında maraqlı fikirlər səsləndirib.Natiq bildirib ki, təhsilli, savadlı qadın savadlı cəmiyyət, uğurlu gələcək deməkdir, qız övladına təhsil vermək Allah qatında mükafatlandırılan əməllərdəndir.Tədbirin digər iştirakçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə əməkdaşı Ülvi Məmmədov Azərbaycan xalqının ictimai-fəlsəfi dünyagörüşü tarixində qadına verilən dəyər, cəmiyyətdə, ailədaxili münasibətlərdə qadının funksiyası barədə fikirlərini bölüşüb, mövzu ilə bağlı şifahi xalq ədəbiyyatından, bir çox ədiblərin yaradıcılığından nümunələri diqqətə çatdırıb. O, təəssüf hissi ilə vurğulayıb ki, əxlaq anlayışının hətta bir çox dini inanc insanlarının belə təhtəlşüurunda bəsit, yalnış dərki, onlarda sanki qadın “casusluğu” formalaşdırmışdır. Məhz belə zərərli, İslami dəyərlərə tərs düşən düşüncə sayəsində ölkənin bəzi bölgələrində, eləcə də şəhərimizdə bəzi ailələrdə qız övladları təhsildən yayındırılır, erkən nikahlara sövq edilir. Bu kimi gərəksiz düşüncə əsarətindən azad olmaq, bu sahədə mövcud olan problemləri aradan qaldırmaq üçün maariflənməyimiz, insanları maarifləndirməyimiz günün tələbidir.
***
Mayın 11-də digər maarifləndirmə tədbiri Xızı rayonu Giləzi qəsəbəsi “İman Hüseyn” məscidi dini icmasının həyata keçirdiyi “İslam narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmağa çağırır” layihəsi çərçivəsində baş tutub. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, dini icmanın sədri Vaqif Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun İskəndərov, dini icmanın üzvləri, qəsəbə ağsaqqalları və din xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Yalçın Abdullayev qeyd edib ki, bəzən tibbi müalicənin aciz qaldığı narkomaniya bəlasının aradan qaldırılmasında insanların dini inancı, imanı böyük psixoloji dəstək rolunu oynayır.Bildirilib ki, narkotikaya aludəçiliyin səbəbləri müxtəlif olsa da, əksər hallarda gənclərin bu öldürücü vərdişə tutulmasına məhz mənəvi iztirab səbəb olur. Ümumi mənəvi dəyərlərin silinib getməkdə olduğu cəmiyyət həyatı insanda özünə və ətrafına inamsızlıq, güvənsizlik yaradır, onun depressiv duruma düşməsinə səbəb olur. Həyatında mənəvi boşluq olan gənclər bu boşluğu pis vərdişlər, dəbdə olan lazımsız əyləncələrin gətirdiyi ötəri, lakin xəstəliyə çevrilən həzlə doldurmağa çalışırlar. Narkomaniyanı həkimlər xəstəlik, polis kriminal ünsür, din isə günah hesab edir. İnsanın günahlardan uzaq olmağa çalışması Allaha yaxınlaşmaq üçün vasitələrdən biridir. Dini icmanın sədri Vaqif Quliyev isə çıxışında vurğulayıb ki, İslamın qanunlar kodeksi olan Quranda narkotiklə bağlı heç bir ayə olmasa da, təfsirçilər hesab edirlər ki, Müqəddəs Kitabda adı keçən haramlar arasında narkotik vasitələr də yer alır. Quranın “Əl-Bəqərə” surəsinin 195-ci ayəsində deyilir: “…öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. Bəlli olduğu kimi, İslamda insanın özünə zülm etməsi, xətər yetirməsi, başqa sözlə, bilərəkdən özünü hansısa təhlükəyə atıb canına qıyması və bu yolla Allahın əmanətinə xəyanət etməsi pislənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın