Menu
Geri İrəli

Sumqayıt Səhiyyə şöbəsində gənc həkimlərlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2017 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Səhiyyə şöbəsində səhiyyə müəssisələri gənclər birliyinin sədrləri, fəal gənclər və ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib.

Yığıncaqda YAP Sumqayıy şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov çıxış edərək gənclər birliyinin qarşısında duran vəzifələrdən, gənclərin ictimai-siyasi həyatda fəallığının daha da artırılmasından, Ulu Ondər Heydər Əliyevin siyasi irsinin daim oyrənilməsi və təbliğ edilməsi,şəhərdə aparılan böyük quruculuq və abadlıq işlərində yaxindan iştirak etməsi və onun qorunub saxlanılmasında ictimaiyyətin, xüsusilə gənclərin rolundan ətraflı söz açıb.

Yıgıncaqda səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev çixiş edərək Ulu Ondər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısı, bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata kecirilməsi, Sumqayıt səhiyyəsinə göstərilən qayğı nəticəsində şəhər səhiyyəsinin əldə etdiyi uğurlardan danışıb. Səhiyyə işçilərinin daim ölkə prezidentini dəstəkləyərək onun həyata keçirdiyi siyasətdə fəal iştirak edəcəyini əminliklə vurğulayıb.

AYZ_0016 AYZ_0026

Facebook Şərhləndirmə:

Şərhinizi yazın