Menu
Geri İrəli

“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 106 dəfə • Şərh yoxdur

978313a5-285d-44f2-84b6-0fe21ea8da2b_292Martın 29-da, saat 11:00-da “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq şirkətin əsas inzibati binasının yerləşdiyi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində baş tutacaq. Yığıncağın gündəliyinə müəssisədə 2016-cı maliyyə-təsərrüfat ilində görülən işlərlə tanışlıq, 2017-ci ildə qarşıda duran məsələlər haqqında İdarə Heyətinin, eləcə də Müşahidə Şurasının və Maliyyə-Təftiş Komissiyasının hesabatının dinlənilməsi, 2016-cı təsərrüfat ilinin balansının və hesabatının təsdiq edilməsi, həmçinin təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 214 880 manatdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın