Menu
Geri İrəli

“Sumqayıt Tələbələri” ictimai birliyinin Siyəzəndə növbəti təlimi baş tutub

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur
Share Button

25 oktyabr 2017-ci ildə Siyəzən rayonu Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Siyəzən rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan “Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədləri – Mövcud yerli turistik imkanlarındəyərləndirilməsi, daxili turizmin inkişafında gənclərin rolunun artırılması və yerli gənc turizm menecerlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi barədə məlumat verdi.
Siyəzən rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Vüsal Alışov çıxışında rayonda turizmin inkişafı sahəsində aparılan məqsədyönlü işlər barədə danışıb.
Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirilib. Təlim zamanı gənclər üçün rollu oyun, simulyasiya, qrup işləri təşkil olunub. Gənclərin turizmlə bağlı ideyaları öyrənilib və təlimçi tərəfindən bu ideyaların həyata keçirilməsi yollarından danışılıb. Eyni zamanda marketinq, startap,biznes ideyalar, ideyaların bizenesə çevrilməsi istiqamətində interaktiv treyninqlər təşkil olunub. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Layihə çərçivəsində növbəti təlimlərin Quba və Qusar rayonlarında təşkil olunması nəzərdə tutulub.

IMG_6415 IMG_6481

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın