Menu
Geri İrəli

Sumqayıt təşkilatı region gənclərini maarifləndirir

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2017 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur
Share Button

1507982468_mg_6242-1Xızı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Xızı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

sumqayitxeber.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədlərinin – turizmin inkişaf potensialı olan şimal regionunda gənclər arasında maarifləndirmə işlərinin aparıması, onların fəallıqlarının artırılması, bu sahəyə dəstək vermək barədə məlumat verib.

Xızı rayon Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Kamran Quliyev çıxışında rayonda turizmin inkişafı sahəsində aparılan işlər, ölkənin daxili turizminin inkişafında rolu, aparılan məqsədyönlü işlər barədə danışıb.

Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirilib. Təlim zamanı gənclər üçün rollu oyun, simulyasiya, qrup işləri təşkil olunub. Gənclərin turizmlə bağlı ideyaları öyrənilib və təlimçi tərəfindən bu ideyaların həyata keçirilməsi yollarından danışılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində növbəti təlimlərin Siyəzən, Quba və Qusar rayonlarında təşkil olunması nəzərdə tutulub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın