Menu
Geri İrəli

“Sumqayıt vətəndaşların qəbul məsələlərini daha yaxşı təşkil edib ” – Süleyman İsmayılov

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

2016-cı ildə respublikanın şəhər və rayon icra hakimiyyətlərində vətəndaşların qəbulu barədə rəqəmlərə nəzər salsaq görərik ki, bütövlükdə, respublika üzrə 379 min 715 vətəndaş qəbul edilib”.

APA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun Azərtac-da dərc olunan təhlil yazısında bildirilib. Yazıda qeyd olunub ki, bunlardan 15,9 faizi bilavasitə icra hakimiyyəti başçılarının fərdi qəbulunda, 18,6 faizi səyyar qəbulunda olub. İcra hakimiyyətlərinin vəzifəli şəxslərinin qəbulunda olan vətəndaşların sayı 110 mini, tabe qurumlarda qəbul edilmiş şəxslərin sayı isə 138 mini ötüb: “Prezidentin tapşırığı ilə 2013-cü ildən başlayaraq, bölgələrdə vətəndaşların problemlərini öyrənib həll etmək məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbulları təşkil edilir. Bölgələrdə keçirilən qəbullarda vətəndaşlar ölkədə aparılan iqtisadi islahatlardan ruhlanaraq kiçik və orta sahibkarlıqla məşğul olmaq, özünüməşğulluq üçün şərait yaradılması, infrastrukturun qurulması, bölgələrdə ənənəvi xalq sənətlərinin dirçəldilməsi, turizmin inkişaf etdirilməsi, sosial müdafiənin gücləndirilməsi üçün atılan addımlardan və bəzi yerli məmurların yol verdikləri çatışmazlıqlara qarşı prinsipial mövqe göstərilməsindən razılıq bildirirlər.

2016-cı ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayonda keçirilmiş qəbullarda iştirak edən 8048 vətəndaş 6109 müraciət təqdim edib. Qaldırılan məsələlərin 5224-ü (85,5 faizi) qəbulu keçirən mərkəzi icra orqanının səlahiyyətlərinə aid olub”.

Yazıda göstərilir ki, qəbullarda iştirak etmiş 8048 vətəndaş daxili işlər (2164), əmək və əhalinin sosial müdafiəsi (720), ədliyyə (426), ekologiya və təbii sərvətlər (351), təhsil (339), gənclər və idman (287), mədəniyyət və turizm (278), kənd təsərrüfatı (267), nəqliyyat, rabitə və yüksək texnologiyalar (257), vergilər (255), səhiyyə (234), fövqəladə hallar (215), iqtisadiyyat (180) nazirləri, Əmlak Məsələləri (333), Gömrük (241), Dini Qurumlarla İş üzrə (231), Ailə, Qadın və Uşaq Problemləri (126) dövlət komitələrinin sədrləri, baş prokuror (325), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (439), Dövlət Sərhəd Xidmətinin (254) rəisləri və Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının (126) sədri tərəfindən qəbul edilib.

“Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbullarında iştirak edən vətəndaşlar onları maraqlandıran suallara cavab tapmış, narahat edən məsələlərin həllinə nail olmuş və hüquqi məsləhətlər almışlar. Həmin qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,1 faizi müsbət həll olunub, 41,2 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilib, digərləri icrada saxlanılmış və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılıb. Mərkəzi icra hakimiyyəti orqanlarından və digər qurumlardan isə Daxili İşlər, İqtisadiyyat, Fövqəladə Hallar, Vergilər, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirlikləri, Əmlak Məsələləri Dövlət KomitəsiBaş Prokurorluq, Sumqayıt, Şəki Apellyasiya məhkəmələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərtac, Müəllif Hüquqları Agentliyi, Dənizkənarı Bulvar İdarəsi, Hesablama Palatası və başqaları qəbul məsələlərini daha yaxşı təşkil edib” – deyə, materialda qeyd olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın