Menu
Geri İrəli

Sumqayıtda 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2017 • Baxış sayı: 1,841 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt  şəhər Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Gənclər və İdman Baş İdarəsi, Mədəniyyət və Turizm İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri təşkil edilmişdir.Tədbirdə çıxış edən şəhər Mədəniyyət və Turzim İdarəsinin rəisi Mehman Şükürov, Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov 2016-cı ilin Sumqayıt şəhəri üçün əhəmiyyətli il olduğunu,Ölkə Başçısı Cənab İlham Əliyevin şəhərimizə növbəti səfəri zamanı gənclərin ictimai fəaliyyəti, asudə vaxtlarının səmərəli təşkili, bacarıq və qabiliyyətlərinin nümayiş etdirə bilmələri üçün bir sıra sosial-mədəni obyektlərinaçılışında iştirak etdiyini, aidiyyatı üzrə Nazirliklərin, şəhər rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıtda sahələr üzrə bir sıra mötəbər tədbirlərin keçirildiyiniqeyd edərək,yeni il münasibətilə iştirakçıları təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Sonda M.Bəşirov 2016-cı il ərzində Baş İdarə ilə birgə səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, Polis İdarəsi, Təhsil şöbəsi, Sumqayıt Dövlət Universiteti, Ə.Əliyev adına Tibb Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt  şəhər Bölməsi və Sumqayıt Gənclər Evinihədiyyələrlə təltif etmişdir. Tədbir gənc və istedadlı müğənnilərin ifası ilə davam etmişdir.

dsc_0023 dsc_0041 dsc_0049 dsc_0053 dsc_0056 dsc_0072

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın